Skip links

Business Finance & Audit

“Business Finance and Audit” MMC 08.05.2018-ci il tarixindən etibarən fəaliyyətə başlamış və hər növ maliyyə xidmətləri göstərməkdədir. Şirkətimiz Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilən 18.05.2018-ci il tarixli AT/161 saylı icazə əsasında Palatanın üzvü olaraq auditor fəaliyyəti də göstərir. Şirkətimizin missiyası müştərilərimizin etibarlı biznes bələdçisi olmaq və onların bizneslərinin inkişafında mühüm rol oynamaqdır.

Şirkət olaraq biz müştərilərimizə davamlı olaraq yeni və innovativ xidmətlər təklif edirik. Xidmətlərimizə misal olaraq biznes planlanması, maliyyə modellərinin qurulması, maliyyə məsləhətləri, muhasibat uçotunun təşkili, vergi məsləhətləri, hüquqi məsləhətlər, qiymətləndirmə və audit xidmətlərini göstərə bilərik. Şirkətimizin maliyyə və hüquq sahəsində geniş təcrübəsi olan peşəkarlarının xidmətindən hər bir müştərimiz individual yanaşma əsasında xidmət alırlar.  Maliyyə və hüquq sahəsində sahib olduğumuz təcrübəmizlə biz maliyyə və hüququn idarə olunmasında və planlamasında müştərilərimizə kömək edirik.

Bizim əməkdaşların yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və mükəmməl üsullardan istifadə etməsi keçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir.

Return to top of page