Skip links

Əsas Vəsaitlərin İnventarizasiyası

Əsas vəsaitlərin müntəzəm qaydada idarə olunması hər bir şirkət üçün çox önəmlidir. Bu gün əksər kiçik və orta şirkətlərdə əsas vəsaitlərin tam və dəqiq uçotu mövcud deyildir. Bu şirkətə məxsus olan aktivlərin qorunmasında problemlər yaradır, eyni zamanda kapital xərclərinin planlaşdırılmasını və doğru maliyyə hesabatlarının hazırlanmasını mümkünsüz edir.

Biz əsas vəsaitlərinin inventarizasiyasını müxtəlif şirkətlərdə və fərqli sektorlarda peşakar səviyyədə həyata keçiririk. Fiziki sayım və inventarizasiya aparmaqla bizim mütəxəssislər şirkətə məxsus olan bütün əsas vəsaitlər üzrə ən son məlumatları tam şəkildə toplayır. Xidmətimiz aşağıdakı mərhələlərdə həyata keçirilir:

  • Müştərinin əmlaklarının və əsas vəsaitlərinin təsnifləşdirməsi və xəritənin yaradılması;
  • Əsas vəsaitlərinin inventarizasiyası, sayımı və etiketlənməsi;
  • Əsas vəsaitlərin vahid reyestrinin tərtibatı;
  • Gələcək uçot üçün daxili prosedur qaydanın yazılması.

Tərtib olunacaq reyestr şirkətin aktivlərini rahat idarə etmək üçün bütün lazımi məlumatları əks etdirəcək, o cümlədən: aktivlərin kateqoriyası, yerləşdiyi ərazi, qiymətləndirmə üçün əsas texniki parametrlər, alınan il, məsul struktur bölməsi və işçi, aktivin cari vəziyyəti və foto şəkili. Bütün aktivlər barkod və aktivin adı əks olunmuş xüsusi birkalar ilə etiketlənir.

Həmçinin inventarizasiya olunmuş aktivlərin qiymətləndirilməsi və ya yenidən qiymətləndirilməsi mütəxəssislərimiz tərəfindən aparıla bilər.

Return to top of page