Korporativ Vergi
“Business Finance and Audit” MMC vergi mövqeyinizin hər aspektinin diqqətlə idarə olunmasını təmin etmək üçün geniş vergi məsləhət xidmətləri təklif edir. Bizim hüquqşünaslar geniş ticari təcrübəni və vergi planlaşdırma üzrə texniki təcrübənin ən yüksək səviyyəsini birləşdirərək müştərilərə praktik məsləhətlər vermək üçün vergi mütəxəssisləri ilə sıx əməkdaşlıq edirlər.
Sizin ehtiyaclarınız qlobal olarsa, biz məmnuniyyətlə beynəlxalq vergi məsləhət xidmətlərini təklif edərik. Bizim xidmətlərimiz, ümumi vergi yükünü optimallaşdırmaq məqsədi ilə yerli və beynəlxalq vergi qanunlarını nəzərə alaraq, bu cür korporasiyalar və / və ya fərdlər üçün müvafiq holdinq strukturlarının nəzərdən keçirilməsini əhatə edən geniş vergi strategiyasını inkişaf etdirməyə yönəldir.
Biz həmçinin rezident şəxslərə, eləcə də ölkə daxilində işləyən qeyri-rezident şəxslərə vergi məsləhət xidmətlərini təmin edirik.
Təklif olunan xidmətlər daxildir, lakin bunlarla məhdudlaşmır:
- Beynəlxalq əməliyyatlarla əlaqədar vergi planlaşdırmasını optimallaşdırmaq məqsədi ilə müəsissələrin və fərdi sakibkarların sahib olduğu strukturların nəzərdən keçirilməsi
- Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident hüquqi şəxslərə vergi yükünün minimuma endirilməsi məqsədi ilə mövcud holdinq strukturlarının Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə vergi səmərələrindən istifadə imkanlarına əsasən nəzərdən keçirilməsi