Maliyyə Departamenti Autsorsinqi
“Business Finance and Audit” MMC müştərilər üçün tam mühasibatlıq və inzibati funksiyaları yerinə yetirir, xidmətlərin davamlılığını və onların əsas işlərinə daha çox vaxt ayırmalarını təmin edir. Kənardan xidmət göstərən maliyyə şöbəsi müştərilərə inzibati məsuliyyətini və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Biz beynəlxalq səviyyədə maliyyə, mühasibat, əmək haqqı, uyğunluq və dəstək xidmətlərini göstəririk.
Tam olaraq kənardan maliyyə funksiyasını yerinə yetirərkən, biz müştərilərin tənzimləyici tələblərə tam uyğun olduğunu və hesabatları vaxtında edərək rəhbərliyə işlərin idarə olunması üçün mühüm informasiya təmin etdiyimizi və ən yaxşı təcrübəyə əsaslanan daxili maliyyə prosedurları təlimatlarının hazırlanmasında kömək edə biləcəyimizə təminat veririk.
Biz həmçinin müştərilərə onların autsorsinq strategiyaları barədə məsləhət veririk – bir kənar həllin onların ehtiyaclarını qarşılayıb qarşılamadığını və ən yaxşı şəkildə kənar əlaqələrdən necə istifadə edə biləcəyini.