Skip links

Maliyyə Hesabatlarının Auditi

Audit işi formallıqdan daha çox sizin biznesinizin qorunması üçün ehtiyac və uğur qazanmağınıza həvəsləndirmə yolunda vacib amildir. Erkən xəbərdarlıq, açıq ünsiyyət və məsələlərin praqmatik həlli bizim yanaşmamızın başlıca xüsusiyyətidir. Biz yalnız auditor kimi yox, həmçinin müştəri xidməti tərəfdaşı olaraq keyfiyyətin çatdrılmasına səy göstəririk. Audit keyfiyyəti və mükəmməl müştəri xidmətləri prinsipləri birlikdə irəliləyir. Bu missiya audit şöbəsində olan bütün insanlara təlqin edilir və korporativ mədəniyyətimizin əsasını təşkil edir.

İllik dövr boyunca cari ilin müvafiq maliyyə hesabatları və müvafiq qanunvericilik və texniki dəyişikliklərlə, eləcə də şirkətinizin imkanlarının maksimal həddə çatdırılması üzrə uyğun anlayışlarla sizi təmin edərək, “Business Finance and Audit” biznes əməliyyatlarınızın genişləndirilməsinə xidmət edir.

Maliyyə hesabatlarının kənar auditdən keçməsi şirkətlərə bir sıra üstünlüklər qazandırır. Maliyyə və digər bazarlarda qəbul olunmuş praktikaya görə auditdən keçmiş maliyyə hesabatları güvənilə biləcək hesabatlar sayılır. Kreditorlar, investorlar və müştərilər şirkətiniz ilə işləmək qərarını verməkdən öncə audit olunmuş maliyyə hesabatlarını istəyə bilər. Bundan əlavə maliyyə hesabatları audit olunan şirkətlərin bazar dəyəri daha yüksək olur.

Biz İFRS, İPSAS və yerli standartlara əsasən hazırlanmış maliyyə hesabatlarına dair audit rəyi veririk. Bütün auditlərimiz Auditin Beynəlxalq Standartlarına (İSA) əsasən aparılır.

Biz, şirkətin mühasibat proseduralarının və risklərin idarə olunması səviyyəsini müəyyən etmək üçün aşkar edilmiş hər hansı əhəmiyyətli biznes risklərinə əsaslanaraq, kritik prosesləri təhlil edəcək və daxili nəzarət sistemini yoxlayacağıq. Bununla da, müəyyən edilmiş əsas prosesləri nəzərə alaraq audit zamanı aşağıdakıları nümayiş etdirəcəyik:

  • Riskli sahələrin, təşkilatın kritik əməliyyatlarının müəyyənləşdirilməsi
  • Strukturun təhlili və daxili nizamnamələrə uyğun olaraq şöbədə iş səlahiyyətlərinin bölünməsi
  • İşçilər və şöbə menecerləri ilə müsahibələr, kritik proseslərin və əməliyyatların sənədləşdirilməsi və nəzarət mexanizmlərinin müəyyən edilməsi: spesifik risk nəzarəti, dərin nəzarət və monitorinq nəzarəti, əsas məlumat və sənədlərin dövriyyəsi
  • Yuxarıdakı nəzarət mexanizmlərinin səmərəliliyini və etibarlılığını müəyyən etmək üçün onların yoxlanılması
  • Qeyri sistematik riskin müəyyənləşdirilməsi və əlavə audit proseduralarının zəruriliyi
  • Daxili nəzarət sistemi və risklərin idarə olunmasının təkmilləşdirilməsi üçün tövsiyələr

Audit zamanı, yarana biləcək potensial problemlərin həll olunmasına kifayət qədər vaxt təmin etmək üçün, sizi istənilən əhəmiyyətli məsələlərlə bağlı dərhal məlumatlandıracağıq. Əgər daxili nəzarət sistemində hər hansı əhəmiyyətli çatışmazlıqlar, şübhəli əməliyyatlar və ya səhvlər aşkara çıxarsa, bu məsələlərlə bağlı təşkilatınızın rəhbərliyinə dərhal məlumat veriləcək.

Return to top of page