Maliyyə Hesabatlarının Nəzərdən Keçirilməsi
Maliyyə hesabatlarının nəzərdən keçirilməsi zamanı maliyyə hesabatları təhlil olunur və şirkətin rəhbərliyi və digər işçiləri sorğu edilir. Buna görə nəzərdən keçirilmə audit ilə müqayisədə istifadəçilərə daha az əminlik verir.
Maliyyə hesabatlarının nəzərdən keçirilməsi zamanı auditor maliyyə hesabatlarında onların tam düzgün tərtib olunmamasına dair hər hansı nöqsanlar aşkar edə bilər. Ona görə maliyyə hesabatlarının nəzərdən keçirilməsi rəyində sadəcə auditorun yoxlama zamanı belə məqamlara rast gəlib-gəlmədiyi barədə deyilir.
Biz İFRS, İPSAS və yerli standartlara əsasən hazırlanmış maliyyə hesabatlarına dair revyu yoxlamalarını həyata keçiririk. Bütün yoxlamalarımız Nəzərdən Keçirilmə Yoxlamalarının Beynəlxalq Standartlarına əsasən aparılır.