Miqrasiya Hüququ
Miqrasiya, vətəndaşlıq, iş icazəsi komandamızın həm xarici vətəndaşlara, həm də Azərbaycan vətəndaşlarına kömək edə biləcəyi əsas sahələr arasındadır.
Yerli bazara xarici işçi qüvvəsinin cəlb edilməsi müasir biznesin özünəməxsus aspektidir. Miqrasiya məsələlərinə dair Azərbaycan qanunları aydındır və müasir beynəlxalq təcrübə ilə uzlaşır. Buna baxmayaraq, ciddi prosedurlar və yüksək məbləğdə cəzalar miqrasiyaya dair məsələlər və işləmək üçün icazənin alınması zamanı nəzərə alınmalı məsələlərdir.
Biz nə təklif edirik:
- Viza alınması və vizanın müddətinin uzadılması;
- İş icazəsi və müvəqqəti yaşayış yeri;
- Daimi yaşayış yeri və vətəndaşlıq;
- İkili vətəndaşlıq barədə məsləhət verilməsi;
- Azərbaycana köçmə zamanı nəzərə alınmalı mühüm məsələlər barədə məsləhət verilməsi;
- Miqrasiyaya dair sərhəd qaydaları