Razılaşdırılmış Prosedurlar
Həm struktur həm də əməliyyatlar baxımından iş həyatının artan mürəkkəbliyi, kritik əhəmiyyətə malik olan məsələlərin idarəçilərin və ya digər səhmdarların istəyəcəyi bir şəkildə ələ alınması mövzusunda əminlik tələbinin artmağına yol açmaqdadır.
Bütün bu məsələlər audit və ya rəsmi təminat hesabatları üçün müvafiq məsələlər deyil. Bu məsələlərdə “razılaşdırılmış prosedurlar” müqaviləsi faydalı bir həll ola bilər. Bu cür sazişlər Əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standard (ƏXBS) 4400, Maliyyə Məlumatları ilə Əlaqədar Razılaşdırılmış Prosedurların Yerinə Yetirilməsinə dair Sazişlər tərəfindən tənzimlənir. Belə bir tənzimləmə çərçivəsində, narahatlıqlarınızı lazer mərkəzli şəkildə əhatə etmək üçün çox xüsusi iş aparırıq. Bu, daha geniş bir fikir yaratmaq üçün lazımsız işlərin aparılmasını qarşısını alır və sizin üçün işimizin əhatəsini tamamilə aydınlaşdırır və nəticədə sizi gözlədiyiniz mümkün ola biləcək nəticələrlə təmin edir.
Razılaşdırılmış prosedurların üstünlüyü ondan ibarətdir ki, yoxlama işi sadəcə tələb olunan məqamları əhatə edir.Bu maliyyə hesabatlarının hər hansı bir maddəsinə və yaxud xüsusi meyarına aid ola bilər. Razılaşdırılmış prosedurlar yoxlaması zaman auditor müştəri tərəfindən müəyyən edilmiş xüsusi prosedurları həyata keçirir və aşkar edilmiş faktlarla bağla hesabat verir. Məsələn belə prosedurlar kreditor borclarının, debitor borclarının, satınalmaların və sair əməliyyatların və ya qalıqların yoxlamasını daxil edə bilər. Yoxlamanın məqsədi konkret prosedurların aparılması və aşkar olunmuş nöqsanlar barədə hesabatın alınmasıdır.
Adətən razılaşdırılmış prosedurlara aşağıdakı hallarda ehtiyac duyulur:
- Şirkətlərin birləşməsi zamanı;
- Məhkəmə işləri üçün hazırlıq;
- Kreditlərə aid bankın xüsusi tələbləri;
- Daxili nəzarət sisteminin yoxlanılması;
- Qanunvericiliyə riayət olunmasının yoxlanılması
Auditor olaraq biz razılaşdırılmış prosedurların aparılması nəticəsində hər hansı bir rəy vermirik. Hesabatda sadəcə olaraq aparılmış prosedurlar və aşkar olunmuş nöqsanlar barədə məlumat verilir.